Dil

USAID inanır ki, çiçəklənən və dinamik özəl sektor iqtisadi inkişafın aparıcı qüvvəsi və özünəgüvən yolunda mühüm komponentdir. Azərbaycanda USAID-in əsas iş istiqaməti ələxüsus kənd təsərrüfatı və turizm sektoru və qadın və gənclərin iqtisadi iştirakçılığının artırılması olmaqla özəl sektorun inkişafı və sərmayə üçün daha yaxşı mühitin yaradılması, habelə  neft və qazdan asılılığın azaldılması üçün iqtisadiyyatın şaxələndirilməsidir. USAID Azərbaycanın gələcək işçi qüvvəsini hazırlayaraq, habelə iqtisadi sahədə iştiraklarını təmin etmək üçün qadın sahibkarlığını təşviq edərək Azərbaycanda kiçik və orta müəssisələrin inkişafına töhfə verir. USAID həmçinin ABŞ səfirliyindəki və Ticarət nazirliyindəki həmkarlarla birgə ABŞ və Azərbaycan arasında ticarətin artırılmasına çalışır.

USAID-in flaqman Özəl Sektora Dəstək layihəsi xüsusi diqqət kənd təsərrüfatı və turizm olmaqla özəl sektorun rəqabətliliyini artırmağa hədəflənib. USAID fermerlərin məhsullarının (məsələn nar, fındıq, meyvə və tərəvəz) keyfiyyətinin və kəmiyyətinin artırılmasında və Qərb alıcıları və istehlakçılarının tələb etdiyi yüksək standartlara cavab vermək üçün qabaqcıl aqrar təcrübələri tətbiq etməkdə onlara dəstək göstərir. Son 6 ildə USAID-in seçilmiş Azərbaycan aqrar müəssisələrlə işi nəticəsində 25 milyon ABŞ dolları həcmində Avropa və Yaxın Şərqdə yeni bazarlara ixrac da daxil olmaqla 80 milyon ABŞ dollarından artıq aqrar ixrac həyata keçirilib. USAID tərəfindən tədris edilmiş təkmil aqrar təcrübələr sayəsində dəstək göstərilən fermalarda fındıq məhsuldarlığı 100%, giləmeyvə və bağçılıq məhsuldarlığı 40%, tərəvəz məhsuldarlığı 35% artımşdır.

Image
Fındıq böyük ixrac potensialına malik olan Azərbaycanın əsas yüksək dəyəri olan məhsullarından biridir.

Sahibkarlığa və Məşğulluqa İqtisadi Dəstək layihəsi çərçivəsində USAID-in BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi ilə əməkdaşlığı Azərbaycanın müxtəlif bölgələrində qadın və gənclərin iqtisadi imkanlarının artırılmasına dəstək göstərir. Bu layihə Masallı, Zaqatala və Xaçmazda qadınlara biznesin inkişafı və əmək bacarıqları üzrə təlim xidmətləri göstərən üç Qadın Resurs Mərkəzinə dəstək göstərir. Bu mərkəzlər 98 qadına öz biznesini başlamağa, bununla da qadın və onların ailələri üçün gəlirlərini artırmağa kömək ediblər. Həmçinin layihə gənclərin peşəkar karyeraya hazırlamaq məqsədilə gənclər üçün əmək təlimləri mərkəzlərini və ProGro gənclər əmək platformasını dəstəkləyir. Azərbaycanın müxtəlif bölgələrindən 600-dən çox gənc bizim gənclər üçün əmək təlimi proqramlarımızın məzunu olub. Bunlardan 65%-ə yaxın gənc iştirakçılar USAID-in dəstəklədiyi təlimdən sonra özlərinə iş tapa bilmişdir.

Image
Gənc modelyer dərzi USAID-in Masallıda dəstəklədiyi dərzi biznesində tikiş ustalığına yiyələnir.

Bizim dəstəyimizlə Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun icra etdiyi Kiçik Sahibkarlığın İnkişafına Dəstək layihəsi 60-dan çox qadın biznesinin açılmasına yardımçı olub və 400-dən çox qadına sahibkarlıq və biznes planın hazırlanmasına dair təlimlər keçib. Bu layihə vətəndaş cəmiyyəti, özəl sektor və hökumət tərəfdaşları ilə mühüm iş apararaq qadınlar üçün biznes və əmək mühitinin yaxşıladırılmasına dəstək göstərir və Azərbaycanda qadınlar üçün qadağan olunan iş sahələrinin aradan qaldırılması istiqamətində vacib addımlar atıb.

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək Agentliyin öncül Yerli İşlər adlı inkişaf proqramı çərçivəsində maliyyələşən unikal təşəbbüsdür. Yerli İşlər USAID-in missiyalarını birbaşa yerli liderlərlə, şəbəkələrlə və institutlarla işləməyə təşviq edir ki, icmaların çətin inkişaf məsələlərinə daha ağıllı, dayanıqlı və daxildən gələn həll yollarını tapmaqda imkanlarını artsın. USAID-in Azərbaycandakı missiyası hökumətin iqtisadi diversifikasiya siyasətinə və islahatlarına dəstək məqsədilə ölkədə biznes və peşəkar assosiasiyaların gücləndirilməsi üçün bu mexanizmdən yararlanacaq. Missiyamızın təşəbbüsü ortaq iqtisadi məqsədlər naminə hökumət, özəl ektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığı təşviq etməyə yönəlib.

Image
2020-ci ilin fevral ayında USAID Azərbaycanda biznes və peşəkar assosiasiyalara dəstək təşəbbüsünə start vermək üçün Tərəfdaşlıq Sammiti keçirmişdir.