Dil

USAID Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanın müstəqilliyinin ilk günlərindən onun yanında olub. USAID Dağlıq Qarabağda münaqişə bölgəsindən qaçan 800.000-dən artıq insana humanitar yardım göstərməyə başlamışdır. Həmin proqramlar icma inkişafı, səhiyyə, iqtisadi imkanlar və dəstək xidmətləri, o cümlədən həssas qruplar üçün təlim və biznes idarəedilməsi tövsiyələrinin verilməsinə yönəlmişdir. Digər proqramlar ehtiyacı olan insanlara xidmət göstərən ABŞ-ın maliyyələşdirdiyi səhiyyə klinikaları və dərmanların, tibbi avadanlığın, sığınacaq əşyalarının, qida və geyim də daxil olan humanitar bağlamaların paylanması işlərinə yönəlmişdir. USAID həmçinin Ümumdünya Qida Proqramın yardımları vasitəsilə qaçqın və digər həssas qruplara qida yardımı göstərmişdir.

USAID-in Azərbaycanda ilkin fəaliyyətləri bütövlükdə humanitar yardıma yönəlmişdirsə, 1998-ci ildə USAID Azərbaycan xalqının və onların yeni müstəqil ölkələrinin daha geniş iqtisadi, sosial, səhiyyə və siyasi inkişafına dəstək göstərən proqramlara keçid etdi. 

ABŞ hökumətinin Azərbaycan hökuməti ilə uzunmüddətli inkişaf tərəfdaşlığı zamanla inkişaf edərək dərinləşmişdir. Bu gün USAID-in məqsədi Azərbaycanla onun inkişaf tərəqqisini irəli aparan davamlı tərəfdaşlığı genişləndirməkdir. Bu tərəfdaşlıq ölkənin özünəməxsus sosial-iqtisadi vəziyyətinə və Azərbaycanın özünədayaq yolunda ABŞ məqsədlərinə uyğunlaşdırılıb.

1992-ci ildən bu yana USAID ölkənin institutlarında və xalqın həyatında müsbət və davamlı dəyişikliklərə nail olmaq üçün texniki yardım və təlim şəklində 417 milyon ABŞ dollarından artıq vəsait ayırıb. USAID-in proqramları qanunları təkmilləşdirmək, insan və siyasi hüquqları təşviq etmək, vətəndaşları cəlb etmək, iş imkanlarını genişləndirmək, gəlirləri artırmaq, habelə Azərbaycan xalqının həyat keyfiyyətini yaxşılaşdırmaq istiqamətində nazirliklər, hökumət qurumları, qeyri-hökumət təşkilatları, biznes qurumları və icmalarla əməkdaşlıq edir.

Image
historic photo
USAID’s humanitarian assistance during the Nagorno-Karabakh conflict provided emergency food, health, and shelter.
Mirnaib Hasanoglu